Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salındı

25.04.2024

24 aprel 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşağı Salahlı kənd diyarşünaslıq evinin metodisti Alnaqova Gülnar Rafiq qızının 65 yaşı tamam olması və təqaüdə yola salınması münasibəti ilə tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov açaraq bu münasibət ilə Gülnar xanımı təbrik edərək ona uzun ömür, can sağlığı, bundan sonrakı həyatında da uğurlar arzulayıb. 

Digər çıxış edənlərdən - Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlili, Gülnar xanımın uzun illər çalışdığı Aşağı Salahlı kənd diyarşünaslıq evinin müdiri Rasimə Hüseynova da yubleyarı təbrik edərək onun işlədiyi müddətdəki qüsursuz fəaliyyətindən, kollektivdə olan hörmətindən, layiqli, bacarıqlı, eyni zamanda öz işinin öhdəsindən məsuliyyətlə gələn bir işçi olmasından danışıblar. 

Daha sonra Gülnar Alnaqovaya mədəniyyət sahəsində uzun illər səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münaibəti ilə Qazax rayon Komitəsinin Fəxri Fərmanı, qiymətli hədiyyəsi verilib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.