Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzi Kitabxanasında Qazaxın şəhidlərinə həsr olunmuş ”Qazax elinin şəhidləri: Unutmadıq, Unutmarıq!” adlı videoçarx nümayiş olunub

25.04.2024

25 Aprel 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında “Qazax elinin Şəhidləri: Unutmadıq...Unutmarıq!” adlı videoçarx nümayiş etdirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. Öncə Vətən torpaqlarının azadlığı uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Qazax elinin Şəhidləri: “Unutmadıq...Unutmarıq!!” adlı videoçarxda öz ölümləri ilə ölümsüzlüyə qovuşan qəhrəmanlardan istedadlı, cəsarətli tele-jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin, igidliyi ilə Qarabağ müharibəsində əfsanəyə çevrilmiş, ermənilərin başına pul mükafatı qoyduğu Milli Qəhrəman Albert Aqarunovun, tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərinin Qazax Şəhidləri kapitan Orucov Mühüd, baş leytenant Namazov Elvin, əsgər Əliyev Orxanın, 44 günlük Vətən müharibəsinin Qazax Şəhidləri Məmmədov Amid, Yaqubov Mais və Daşdəmirov Elfakın Vətən torpağına bağlı qısa, lakin şərəfli ömür yollarını əks etdirən materiallar nümayiş olunub.