Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Günü ilə bağlı kitab sərgisi keçirilib

23.04.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət şöbəsi 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə 23.04.2024-cü il tarixdə “23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü” başlığı altında tədbir təşkil edib. Müəllif hüquqları anlayışı ilk dəfə Almaniyada meydana çıxmışdır. Əvvələr yalnız ədəbiyyat sahəsinə aid edilən bu ifadə, 1870-ci il iyunun11-dən etibarən mülkiyyətin bütün formalarını özündə birləşdirmişdir. YUNESKO-nun 1996-cı il tarixi qərarından sonra hər il bütün dünyada 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Kitablara və müəllifə hörmət məqsədilə Kitab və Müəllif hüquqları Günü hamını, xüsusilə gəncləri mütaliə etməyə, bəşəriyyətin sosial-mədəni inkişafında əməyi olmuş yazarlara, onların irslərinə hörmət etməyə çağırır. Tərtib edilmiş sərgiyə baxış keçirilib.