Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Kitab və Müəlliflik Hüquqları Günü qeyd olundu

23.04.2024

23.04.2024-cü il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları günü" ilə əlaqədar dəyirmi masa təşkil edilib.Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov öz çıxışında bildirib ki, Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Pərviz müəllim öz çıxışında bildirib ki, kitab təbliğatının olması vacibdir, insanlarıın kitaba olan marağını artırmaq üçün müəyyən addımlar atılmalıdır.Daha sonra rayon Mədəniyyət Mərkəzinin direktoru Elmira Hacıyeva və Gədəbəy rayon MİHİ-nin direktoru Sona Verdiyeva da çıxış edərək söylənən fikirlərin təqdirə layiq olduğunu, bədii qiraətin insan şəxsiyyətinin formalaşmasında vacibliyindən danışıb.Mövzu ətrafında digər tədbir iştirakçıları da müzakirə apararaq öz fikirlərini söyləyib.