Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Heydər Əliyev irsini öyrənirik” mövzusunda intellektual bilik yarışması keçirilib

22.04.2024

Aprelin 22-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində şagirdlərin ümummilli lider Heydər Əliyev irsi, həyat və fəaliyyəti, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq, eyni zamanda yeniyetmələrdə intellektual yarışlar vərdişinin formalaşdırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Heydər Əliyev irsini öyrənirik" mövzusunda intellektual bilik yarışması keçirilib.

 

Şagirdlər əvvəlcə mərkəzə ekskursiya edib, eksponatlar və fotoşəkillər haqqında məlumat əldə ediblər.

Mərkəzin direktoru Ləman Cəlilova iştirakçılara yarışmanın şərtləri barədə məlumat verərək, uğurlar arzulayıb.

Bilik yarışmasında Ağstafa rayon 1 nömrəli tam orta məktəbin "Dəmir Yumuruq", Yenigün kənd orta məktəbin" Qarabağ", Aşağı Kəsəmən orta məktəbin "Şuşa", Dağ Kəsəmən kənd 2 nömrəli orta məktəbin "Lider",Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin "Qafqaz, Ağstafa şəhər 3 nömrəli məktəbin "Qartal" ,Vurğun qəsəbə tam orta məktəbin "Xəmsə", Qırlı kənd orta məktəbin "Zirvə" ,Texniki- Humanitar təmayüllü liseyin "Xarı Bülbül" və Həsənsu kənd tam orta məktəbin "Zəfər" Köçəsgər kənd 1 saylı məktəbin "Ulduz"komandaları olmaqla ümumilikdə 11 komanda iştirak edib.

6 komanda Texniki- Humanitar təmayüllü liseyin "Xarı Bülbül", Ağstafa rayon 1 nömrəli tam orta məktəbin " Dəmir Yumuruq",Köçəsgər kənd 1 saylı məktəbin "Ulduz", Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin "Qafqaz"Ağstafa şəhər 3 nömrəli məktəbin "Qartal" Həsənsu kənd tam orta məktəbin "Zəfər" komandaları fəallıq göstərərək 2-ci tura vəsiqə qazanıb.

 

Qeyd edək ki, yarışmanın 2-ci turu may ayında keçiriləcək.