Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işləri Keşikçidağda nümayiş olunub

18.04.2024

18 aprel 2024-cü il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Keşikçidağ Dövlət tarixi- mədəniyyət qoruğunda qeyd olunub. 

Ağstafa Dövlət Rəsm Qalereyası tədbirdə səyyari sərgi ilə iştirak edib.

Rəsm dərnək şagirdlərinin əl işləri canlı olaraq nümayiş olunub.

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində qoruğ ərazisində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov,rayonun hüquq mühafizə orqanlarının rəhbərləri,ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir iştirakçıları Keşikçidağ kurqanlar vadisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ilə tanış olublar.