Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirin Lüteran kilsəsində və Qədim qala abidəsində tədbir keçirilib

18.04.2024

18 aprel 2024 cü il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə " Lüteran kilsəsi" və "Qədim qala" tarixi abidələrində tədbir keçirib. 

   Tədbiri giriş sözü ilə açan aparıcı bildirmişdir ki, 1982-ci ildən etibarən UNESCO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur.

Vurğulanıb ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. Daha sonra musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanmış musiqi proqramı maraqla dinlənilib.