Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünyamızı qoruyaq və sahib çıxaq

22.04.2024

22 aprel 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası 22 Aprel Ümumdünya Yer Günü münasibəti ilə “Dünyamızı qoruyaq və sahib çıxaq” adlı tədbir keçirib. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına dair Tədbirlər Planına uyğun olaraq Mərkəzi kitabxananın “Könüllü kitabxanaçılar”ı və kitabxana əməkdaşlarının iştirakı ilə şəhər S.Vurğun adına İstirahət Parkında və Mədəniyyət Mərkəzinin qarşısındakı bağçada ağac və güllər əkilib, yaşıllıqlara qulluq edilib. Tədbirdə məqsəd ətraf mühitin mühafizə olunmasına, əvəzsiz sərvətlərimizin qorunmasına nail olmaqdır.