Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi abidələr keçmişdən gələcəyə körpüdür

18.04.2024

İctimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək məqsədilə 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin birgə təşkilatçılığı ilə Qazax şəhərində yerləşən XIX əsrə aid “Cümə məscidi” və “İsrafil Ağa Hamamı” abidələrində tədbir təşkil edilib. 

Çıxışlardan sonra bütün tədbir iştirakçılarının Cümə məscidinə ekskursiyası təşkil edilib. 

Cümə məscidində ziyarətçilərlə gün ərzində ekskursiya davam etdirilib, abidələrə dair tarixi məlumatlar verilib, eyni zamanda tədbirdə tarixi abidələri əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. 

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təqdim olunub. 

Tədbirinin birinci hissəsi Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin maraqlı ifası ilə sona çatıb.

 Tədbirin ikinci hissəsi İsrafil Ağa Hamamında davam etdirilib. 

 Ziyarətçilərə gün ərzində abidələrə dair tarixi məlumatlar verilib, eyni zamanda həmin ərazidə yerləşən Seminariyanın binasına ekskursiya təşkil edilib. 

Tədbirin davamında şagirdlərin ifasında “Vətəndən pay olmayır” adlı ədəbi-bədii kompazisiya təqdim olunub. 

Aşıqların ifasında davam etdirilən tədbir iştirakçıların gurultulu alqışları ilə yekunlaşıb.