Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə “Qanlı səhifələr” adlı kitab sərgisi keçirilib

28.03.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq 28.03.2024-cü il tarixdə “Qanlı səhifələr” adlı açıq səma altında sərgi tərtib edib. Kitabxanın əməkdaşı Türkan Rüstəmova bildirib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırımı törədilib. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. “Qanlı səhifələr” başlığı altında tərtib edilmiş sərgiyə baxış keçirilib