Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində eksponatlar nümayiş olunub

28.03.2024

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Şəmkir rayon Tarix-Diyarşünaslıq muzeyi 28.03.2024-cü il tarixində M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü liseyin 1-a və 1-b siniflərinin 60 nəfər şagirdləri Sevinc Əmirahova və Təranə Mansurovanın rəhbərliyi altında dərs proqramına uyğun olaraq rayonun Tarix-Diyarşünaslıq muzeyində olmuşlar. Uşaqlar dərs proqramına uyğun olaraq "Tariximizi əks etdirən qədim əşyalar " "Tarixi yaddaşımız " mövzusu ilə əlaqədar muzey eksponatları ilə ətraflı tanış olmuşlar.Uşaqların çoxsaylı sualları muzey əməkdaşları tərəfindən cavablandırılmışdır.