Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bizdən sonra yaşayanlar

26.03.2024

26 mart 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində şair, yazıçı Davud Məcid oğlu Nəsibovun anım günü münasibətilə "Bizdən sonra yaşayanlar" başlığı altında dəyirmi masa keçirilib.

Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova Davud Nəsibin keçdiyi həyat yolundan ətraflı danışaraq qeyd edib ki, şair 25 avqust 1942-ci ildə Qazax rayonunda anadan olub. Ədəbi fəaliyyətinə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım - mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır.

Məhruzə Hüseynova onu da qeyd edib ki, Davud Nəsib 26 mart 2003-cü ildə qəzaya uğrayaraq dünyasını dəyişib. Allah rəhmət eləsin.

Sonra tədbir iştirakçıları tərəfindən şairin şeirləri səsləndirilib.