Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin sədrliyi ilə seminar-müşavirə keçirilib

16.03.2024

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev gündəlikdə duran cari məsələlərin müzakirəsi ilə bağlı idarənin əhatə etdiyi rayonlardakı müəssisələrin rəhbərləri ilə seminar-müşavirə keçirib.

 

Tovuz rayon Abulbəyli kənd Folklor evində keçirilən müşavirədəki çıxışında rəis Nurəddin Mehdiyev mədəniyyət sahəsində aparılan islahatların mahiyyəti, nəzəri əsasları və prioritet istiqamətləri barədə bəhs edib, həmçinin idarənin gələcək fəaliyyəti ilə bağlı bir sıra vacib məqamlara toxunub. Bildirilib ki, mədəniyyət sistemində aparılan islahatların nəzəri bazası bu sahəyə dair ən mütərəqqi yanaşmalara və təcrübələrə əsaslanır. 

Nurəddin Mehdiyev idarənin sonrakı fəaliyyəti ilə bağlı əsas məsələlərə də aydınlıq gətirib. İdarə rəisi çıxış edərək bildirib ki, rəhbərlər məsuliyyətli olmalı, müəssisələrdəki nöqsanlar və digər neqativ hallar qısa müddət ərzində aradan qaldırılmalıdır. Qeyd olunub ki, müəssisələrdə sənədləşmə işlərinin aparılması zamanı qanunvericiliyin tələbləri gözlənilməli, bu məsələyə diqqət artırılmalıdır. 

 

Nurəddin Mehdiyev regionda ilk dəfə keçiriləcək "Aşıq festivalı" haqqında ətraflı məlumat verərək, uşaq və yeniyetmələrin festivala cəlb olunmasına dair müəyyən tapşırıqlar verib. 

 

Sonda fəaliyyətində fərqlənən mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunub.