Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Aşıq sənəti Dövlət Muzeyində Novruz bayramı yüksək təntənə ilə qeyd olundu

18.03.2024

Tovuz rayon Aşıq sənəti Dövlət Muzeyində Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

Tədbirdə şəhid ailələri, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. 

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar,rəqslər ifa edilib, səhnəciklər göstərilib.

Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənib. Uşaqlar Dədə Qorduq və Bahar qız, keçəl və kosa obrazlarını canlandıraraq şənliyi daha da yaddaqalan ediblər.

 

Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunl

aşıb.