05.03.2024
Ağstafa rayon Hüseyn Arif Ev Muzeyində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Xalq şairi Hüseyn Arifin 100 illiyi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Od çərşənbəsi, eyni zamanda Hüseyn Arifin yaradıcılığına həsr olunmuş "Yadıma bahar düşür" adlı tədbir keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.
Hüseyn Arif Evi Muzeyinin həyətində təşkil olunmuş tədbirdə çıxış edənlər unudulmaz şair Hüseyn Arifin Azərbaycanın şeir sənətinə verdiyi töhfələrdən və onun vətənpərvərlik ruhunda yazdığı şerlərin gələcək nəsillərin təlim-tərbiyəsində müstəsna əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, görkəmli poeziya ustası Hüseyn Arifin yaradıcılığı xalqımız tərəfindən daim yüksək qiymətləndiriləcəkdir.
Tədbirin davamında elimizin qədim adət və ənənələrini yaşatmaq, nümayiş etdirmək məqsədilə sac üstündə yuxa salınıb, samavarlar qalanıb, tədbir iştirakçılarına adətlərimiz təbliğ olunub.
Xalq Şairi Hüseyn Arifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilən tədbir çox şən əhval-ruhiyyədə başa
çatıb.