Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirildi

29.03.2024

29.03.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq anım tədbiri keçirilmişdir.İlk öncə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Cavid Səfərov və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Gədəbəy rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov çıxış edərək bildiriblər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirdilər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Tədbirin sonunda 31 mart soyqırımına həsr olunmuş "Qan yaddaşımız" adlı sənədli film izlənildi. Faciə qurbanlarına Allahdan rəhmət diləyirik.!