Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqları kitabla böyüdək

02.04.2024

2 aprel 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi nağıl otağında "Uşaqları kitabla böyüdək" adlı nağıl saatı keçirib.Tədbirdə kitabxananın fəal oxucuları iştirak edib. Baş kitabxanaçı Kazımova Rahidə iştirakçılara 2 Aprel- Beynəlxalq Uşaq Kitabı Günü haqqında ətraflı məlumat verərək bildirib ki, bu günü qeyd etməkdə məqsədimiz, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. Kitabxananın əməkdaşı uşaqlara müxtəlif mövzularda nağıllar oxuyub. Uşaqlar G.İbrahimovanın nağılları, A.İsmayılovanın “Xarıbülbülün nağılı”, H. X.Andersenin nağılları və başqa kitablarla tanış olublar.Sonda oxucular seçdikləri kitablardan sevdikləri nağılları maraqla oxuyublar