Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixin bir günü və ya bir günün tarixi

30.03.2024

Martın 30-da Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin bir günü və ya bir günün tarixi” mövzusunda konfrans keçirilib. Soyqırım qurbanlarının əziz xatirəsinin anılması ilə başlayan tədbirdə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev və başqaları ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarından və hər zaman torpaqlarımıza göz dikdiklərindən bəhs ediblər.

Çıxışlarda həmçinin, 31 Mart Soyqrımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyini vurğulanıb.