Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unutmadıq, Unutdurmarıq!

29.03.2024

29 mart 2024-cü il tarixində Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi 31 mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar "Unutmadıq, Unutdurmarıq!" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramil Qurbanov çıxış edərək ilk öncə şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdi. Sonra ermənilərin Azərbaycana qarşı pis fikirli iddialarını kollektivin diqqətinə çatdırdı. Daha sonra məktəbin direktor müavini Xoşqədəm Əliyeva, və məktəbin müəllimi Ərkinaz Hacıyeva geniş şəkildə çıxış edərək ermənilərin Azərbaycan dövlətinin torpaqlarına göz tikmələri haqqında geniş şəkildə çıxış etdilər. 

Tədbirin yekununda məktəbin şagirdləri şəhidlərimiz haqqında şeir söylədilər.