Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Poylu qəsəbə və Qırılı kənd mədəniyyət evində film nümayiş olunub

30.03.2024

30 mart 2024 - cü il tarixində Ağstafa Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Poylu qəsəbə və Qırılı kənd mədəniyyət evlərində "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnalogiyaları Mərkəzinin istehsalı olan " Mübariz Ibrahimov - Animasiya filmini, o cümlədən " Xocalı bir millətin kədəri" adlı sənədli filmini nümayiş etdirdi. Filmlərə baxışdan əvvəl soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin vətənpərvərlik hissinin gücləndirilməsi və xalqımıza qarşı törədilmiş soyqırımlar haqqında tarixi həqiqətlərin diqqətə çatdırması idi.