Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Unutmayaq:Tarixmizin qanlı və dəhşətli səhifəsi

29.03.2024

29 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Unutmayaq:Tarixmizin qanlı və dəhşətli səhifəsi” adlı tədbir keçirib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycan torpaqlarının azadlığı, Vətənin suverenliyi uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbə müdiri Fatma Hüseynova tariximizin qanlı səhifəsi - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında ətraflı məlumatında 12 minə yaxın azərbaycanlının amansızlıqla qətlə yetirilib, on minlərlə insanın itkin düşdüyü soyqırım hadisəsinin tarixindən bəhs edib. Mənfur ermənilərin etnik təmizləmə siyasəti, zaman-zaman xalqımıza qarşı həyata keçirilmiş qırğınlar, törətdikləri soyqırım hadisələri haqqında, o cümlədən yaxın keçmişimizin qanlı faciəsi olan Bağanıs Ayrım hadisəsi haqqında söhbət açıb. 

“Bu əsl faciə idi” adlı videoçarxda soyqırım faciəsini əks etdirən kadrlar, “Qazax elinin Şəhidləri” adlı slaydda II Qarabağ müharibəsinin doğum günləri mart ayında olan Şəhidləri haqqında məlumatlar nümayiş olunub.