Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel zəfəri

02.04.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Aprel döyüşləri və ya dördgünlük müharibə ilə əlaqədar olaraq 02.04.2024-cü il tarixdə Fərman Salmanov adına şəhər tam orta məktəbində “Aprel Zəfəri ” adlı tədbir keçirib.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə kitabxananın əməkdaşı Nailə Budaqova qeyd edib ki, 2016-cı il şanlı aprel döyüşlərində Azərbaycanın bu qələbəsi xalqımıza xoş müjdə olmaqla bərabər, ölkə vətəndaşlarında dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevə və qüdrətli ordumuza inamı, etibarı daha da gücləndirib. Bu, həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində atılan mühüm bir addım olmuşdur.Daha sonra mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.