07.03.2024
7 Mart 2024- cü ildə Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində MİHİ Qazax rayon komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın gülərsə, güləcək bəşər" adlı dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə muzeyin direktoru G.Alişanova açaraq qeyd edib ki,ülvilik, zəriflik, gözəllik rəmzi olan qadın,ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.Tarix boyu Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş,ana həmişə müqəddəs olmuş,namus qeyrət rəmzi sayılmışdır.Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür - gün yoldaşlarının vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır.Bu gün biz şəhidlərimizə qazilərimizə nə qədər borcluyuqsa,bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar bu zərif məxluqlar həyatın mənası,bəzəyi və əbədi gözəlliyidir.