Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hər yerdən istidir ana qucağı

07.03.2024

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

7 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Hər yerdən istidir ana qucağı” adlı ədəbi-bədii gecə keçirib. 

Tədbirdə kitabxananın qadın fəal oxucuları, məktəblilər və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdirləri Fatma Hüseynova və Bəsdi Məmmədova bayram münasibəti ilə gözəlliyi və müdrikliyi ilə dünya qadınları içərisində özünəməxsus yüksək yer tutan Azərbaycan qadınlarını təbrik ediblər. Ulu Öndərin qiymətli sözlərini diqqətə çatdırıblar: “Qadınlar cəmiyyətin bəzəyi, gözəlliyidir... Biz qadınlarımızla fəxr edirik” Azərbaycan qadınlarını yüksək qiymətləndirən Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında qeyd edir ki, “Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, saf əqidəli övladlar yetişdirirlər”. “Vətən sağ olsun!” deyən baş tacımız olan Şəhid anaları dözümləri, qürurlu duruşları ilə seçildiyi kimi, ağılı, müdrikliyi ilə dünyaya örnək olan Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdə çıxış edir. Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın timsalında görürük. Onun dövlətimiz və dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, mədəniyyətimizin inkişafı, dünyada layiqincə təbliğ olunması istiqamətində uğurlu fəaliyyəti müdrik Şərq - Azərbaycan qadınının nümünəsidir. 

Tədbirdə iştirak edən 2 nömrəli Şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri möhkəm iradə və zərif qəlb sahibləri olan Analara həsr olunmuş şeirlər söyləyiblər, şən musiqilər ərməğan ediblər