07.03.2024
Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi 07.03.2024-cü ildə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadınlar və İnsan haqları" adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə direktor v.m.i.e Rövşanə Lətifova açıq edərək qeyd etdi ki, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilibdir. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Daha sonra məktəbin müəllimləri öz ifaları ilə kollektivi tebrik etdi.