Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Özüm ölsəm, sözüm ölməz

14.03.2024

14 mart 2024-cü il tarixində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində Tovuz rayon Mərkəzi kitabxanasının və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi ilə əlaqədar "Özüm ölsəm, sözüm ölməz" mövzusunda ədəbi-bədii gecə keçirilib. 

Tədbirdə ustad aşığın yaradıcılığı barədə söhbət açılıb və Mikayıl Azaflı sənətinin işığına toplaşmış saz-söz pərəstişkarlarına bildirilib ki, Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, sağlığında klassikləşən ustad aşıqlardandır. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilirdi. 

Tədbirdə həmçinin Mikayıl Azaflının söz bağçasında yer alan bir-birindən gözəl şeir parçaları səsləndirilib və kitab sərgisinə baxış olub.