Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbi Novruz bayramı münasibətilə konsert proqramı təqdim edib

13.03.2024

13 mart 2024-cü il tarixində Tovuz rayon Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbi "Yurdumuza Bahar gəlir" adlı konsert proqramı təqdim edib.

Tovuz Rayon Abulbəyli kənd Folklor evində keçirilən tədbirdə Qazax- Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib.

Bayram tədbirində məktəbin müəllim və şagirdlərinin ifasında müxtəlif xalq, bəstəkar və aşıq mahnıları səsləndirilib.Məktəbin müəllimlərdən ibarət "Buta" xor qrupunun və "Qara Qaya" nağara qrupunun ifaları səsləndirilib.