Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlı yaradıcılığı milli dəyərlər xəzinəsidir

15.03.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Əhməd Cavad adına Mədəniyyət mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə 15.03.2024-cü il tarixdə “Cəfər Cabbarlı yaradıcılığı milli dəyərlər xəzinəsidir” başlığı altında tədbir təşkil edib. Kitabxanın əməkdaşı Şəbnəm Abdullayeva bildirib ki, Cəfər Cabbarlının bədii irsi milli dəyərlər xəzinəsidir. Qeyri-adi istedada malik bu yaradıcı şəxsiyyət ideya və estetik cəhətdən yeni dövrün ziddiyyətlərini əsərlərində dərindən əks etdirən bənzərsiz bədii obrazların yaradıcısı kimi geniş şöhrət tapmış, müasir realist dramaturgiyamızın banisi kimi tanınmışdır. O çox da böyük olmayan (1915-1934) yaradıcılıq dövründə klassik səviyyəli sənət inciləri yaratmış, istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, yeni forma, yeni məzmun və yeni keyfiyyətlər gətirmişdir. Sonda “Cəfər Cabbarlı 125” adlı sərgiyə baxış keçirilib.