Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Şairlər Vətəni bizim tərəflər” adlı poeziya axşamı keçirilib

14.03.2024

14 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı, MİHİ-nın Qazax rayon Komitəsinin dəstəyi ilə Qazaxbəyli, Daş Salahlı kənd1saylı, Aşağı Salahlı, Orta Salahlı kənd kitabxana filialları, Qazaxbəyli, Orta Salahlı kənd Diyarşünaslıq klubları, Aşağı Salahlı kənd Folklor evi birlikdə Qazaxbəyli kənd Diyarşünaslıq klubunda 21 mart Beynəlxalq Poeziya Gününə həsr olunmuş "Şairlər Vətəni bizim tərəflər" adlı Poeziya axşamı keçirilib.

Tədbirdə Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva və şöbə müdirləri, Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri Əməkdar İncəsənət Xadimi Barat Vüsal və bir qrup şairlər, Professor Valeh Nəsibli, Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsdi Yaqubova, aşıqlar, müəllimlər və mədəniyyət işçiləri iştirak ediblər. Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin və dünyasını dəyişən söz xiridarlarının əziz və müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.   

Tədbiri giriş sözü ilə açan,tədbirin ideya rəhbəri Qazaxbəyli kənd kitabxana filialının müdiri Alməmmədova Sevinc tədbir iştirakçılarını salamlayaraq,onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib. Qazax elinin şairlər, ozanlar, yazarlar, qəhrəmanlar, ərənlər yurdu olmasından bəhs edib.

Daş Salahlı kənd 1saylı kitabxana filialının əməkdaşı, Şəhid bacısı- qələm əhli Hicranə Məmmədovanın aparıcılığı ilə tədbir ssenari əsasında davam edib.

Məclis əhli, söz - sənət adamları Barat Vüsal, Mustafa Rasimoglu, Səhlədar Hidayət oğlu,Yasin Cavan, Avaz Sofuoğlu, Bilal Ooca yaradıcılıqlarından seçmələr, ürəyə yatan şeirlər səsləndiriblər. 

Qazax rayon MKS-nin direktoru Fəridə Xudiyeva, İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin direktoru İslam Çarçıyev, həmin məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Namazova, Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsdi Yaqubova Poeziya bayramı və qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, söz xiridarları ilə bir arada olmaqlarından məmnun olduqlarını,geniş və əhatəli tədbirin ərsəyə gəlməsində əməyi keçən filial əməkdaşlarına təşəkkürlərini bildiriblər. 

Aşıq Camoyun və Aşıq Samir Cəlaloğlunun ifaları, xüsusilə Eldar Nəsiblinin "Bura Qazaxdır, Oğlum” şeirinin səsləndirilməsi tədbirə xüsusi rəng qatıb.

Şairlərlə birlikdə bayram tortu kəsilib və tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.