Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Daim zirvələrdə ucalasan üçrəngli bayrağım!”

08.11.2018

       8 noyabr 2018-ci il tarixdə  saat 14.00- da Qazax rayon Heydər Əliyev Mərkəzində Dövlət suverenliyimizin rəmzi , Azərbaycan Respublikasının Dövlət atributlarından biri olan Milli Bayrağımızın yaranması günü ilə əlaqədar  “Daim zirvələrdə ucalasan üçrəngli bayrağım” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin şagird və müəllimləri iştirak etmişdirlər. Tədbiri muzeyin direktoru C.Hüseynova açaraq  Milli bayrağımızın keçdiyi tarixi və şərəflı yol haqqında ətraflı məruzə etmiş və  bildirmişdir ki,-“Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü,şəhid ruhlarının daşıyıcısıdır.Dostlarımızı sevindirən, düşmənlərimizi xar edən  qürür yerimiz olan üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqləyir. Bayrağımızın yaranması XIX əsrin əvvəllərinə təsadüf edir. 1918-1920-ci illərdə AXC dövründə yaradılmış milli dövlətçilik atributlarından olan bayrağımız noyabrın 9-da AXC Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında təsdiq olunması haqqında qərar qəbul edilmişdir.Məhz o zamandan M.Ə.Rəsulzadənin parlamentin ilk iclasında”Bir kərə yüksələn bayraq bir daha enməz ”deyərək qaldırdığı o bayraq Ulu Öndər Heydər Əliyev tərəfindən yenidən qaldırıldı və hörmətli Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində   daim zirvələrdə dalğalanmaqdadır.”   Sonra Q.Hacımahmudova adına məktəbin direktoru Yeganə Göyüşova çıxış edərək bayrağımızın yaranma tarixindən ətraflı  məruzə etmişdir. Daha sonra Q.Hacımahmudova adına məktəbin şagirdləri bayrağa həsr olunmuş ədəbi-bədii kompozisiyalar və şerlər nümayiş etdirmişdirlər. Bayrağa həsr olunmuş filmin nümayişi ilə tədbir sona çatdırılmışdır.