Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yurdumuza Bahar gəlir

19.03.2024

Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı Körpələr evi uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

 

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və 2 saylı şəhər kitabxana filialının əməkdaşları iştirak edib.

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi İsgəndərli Səbinə "Yurdumuza bahar gəlir "adlı mühazirə ilə çıxış edərək uşaqları və bağçanın kollektivini bayram münasibətilə təbrik edib, onlara sağlam, xoşbəxt, firəvan həyat arzulayıb. S.İsgəndərli Azərbaycanda uşaq siyasətinin əsasının Ulu Öndər tərəfindən qoyulduğunu, onun uşaqları sonsuz məhəbbətlə sevdiyini, uşaqlara böyük diqqət və qayğıyla yanaşdığını, “Uşaqlar bizim gələcəyimizdir”,-dediyini dilə gətirib.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, ifa edilib, qədim adət-ənənlərimizi əks etdirən səhnəciklər göstərilib.

Şənliyin ən maraqlı anları isə balaca fidanların “Novruz bayramı”na, yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söyləyləməsi olub.

Tədbirdə balaca fidanların rəngarəng rəqsləri maraqla izlənib.