Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Novruz bayramına həsr olunmuş tədbir keçirildi

15.03.2024

15 mart tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin iştirakı ilə Ağstafa rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Tədbirdə milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi şənliyə rəngarənglik qatıb.   

 

 

 

Sonda bayram tonqalı qalanıb, iştirakçılar tonqal ətrafında yallı gedib

lər.