Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə Novruz bayramı yüksək əhval-ruhiyyə ilə qeyd edildi

15.03.2024

15 mart 2024- cü il tarixində Qazax- Tovuz Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gədəbəydə Novruz şənliyi təşkil edildi. 

Bayram tədbirində tonqal alovlandırılıb, müxtəlif milli oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş olunub.

 

Bayramsayağı bəzədilmiş meydanda rayonun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış ediblər. Xüsusilə Dədə Qorqudun və Bahar qızın çıxışları, Kosa və Keçəlin duzlu və məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb