Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon MKS-də Cəfər Cabbarlının 125 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib

15.03.2024

15 mart 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan dramaturq, şair və nasir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi ilə əlaqədar "Mən bir susmaz duyğuyam ki.." mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib və vurğulanıb ki, şairin yaradıcılığı 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi dövrü əhatə edir. O, yaradıcılığa şeirlə başlasa da, məşhur əsərlərini dramaturgiya janrında qələmə almışdır. "Sevil", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", Solğun çiçəklər" və başqa əsərləri daima Azərbaycan teatr səhnəsinin unudulmaz incilərindəndir.