Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə ”Bəşəri düşüncəli haqq aşığı” adlı tədbir keçirilib

16.03.2024

16 mart 2024-cü il tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 21 mart 1924-cü il tarixində anadan olmuş keçmiş ustad aşıq, Əməkdar Mədəniyyət İşçisi olan aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə " Bəşəri düşüncəli haqq aşığı" adlı tədbir keçirilib. Tədbirdə 1 saylı musiqi məktəbinin saz müəllimi Piriyev Oqtay və şagirdlərdən Məmmədov Turan və Salmanov Yusif iştirak ediblər. 

 Muzeyin direktoru Məhruzə Hüseynova aşıq Mikayıl Azaflının yaradıcılığından söhbət açmışdır.

Bildirimişdir ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Cabbar oğlu Zeynalov 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində doğulmuşdur.

Çıxışlarda aşığın çoxşaxəli yaradıcılığı, ifaçılıq məharəti xüsusilə vurğulanmışdır. Qeyd olunmuşdur ki, Aşıq Mikayıl Azaflının “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” adlı saz havaları dillər əzbəri olmuşdur. Ötən əsrin 80-ci illərinin sonunda ustad aşıq Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüş, haqqında televiziya verilişi hazırlanmış, sənətkarın “Qoca qartal” adlı kitabı nəşr edilmişdir.

Daha sonra şairdlərin ifasında Mikayıl Azaflı repertuarından aşıq havaları səsələndirməklə, həm aşığmızı yada salıblar, həm də tədbir iştirakçılarının könüllərini xoş ediblər.