Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bahar təravətli Novruzum mənim

18.03.2024

Martın 18-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon Qovlar şəhər Uşaq Musiqi Məktəbində "Novruz bayramı"na həsr olunmuş "Bahar təravətli Novruzum mənim" adlı tədbir təşkil olunub. Tədbirdə çıxış edən məktəbin direktoru Vəfa Kərimova məktəbin pedoqoji kollektivini və məktəbdə təhsil alan şagirdlərini təbrik edib. Daha sonra qeyd edib ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı gecə- gündüzün bərabərliyi günündə keçirilir. Qədim zamanlardan başlayaraq Azərbaycan , İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın- yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Həmçinin qeyd edib ki, Novruz bayramında müxtəlif oyunlar atma, halay, bənövşə, kosa- kosa və başqa oyunlar oynayırlar. Tədbir konsert proqramı ilə davam etdirilib.