Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda şəhid Nəbiyev Fərid Kamran oğlunun ailəsi ziyarət edilib

18.03.2024

18 mart 2024-cü il tarixdə Qazax rayon MKS MİHİ-nin Qazax rayon Komitəsinin dəstəyi ilə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda döyüşlərdə sentyabrın 21-də qəhrəmancasına şəhid olan hərbçimiz Nəbiyev Fərid Kamran oğlunun ailəsini ziyarət edib, bayram sovqatı aparıblar. Əsas məramı milli birlik, paylaşmaq, sevindirmək olan əzəli, əbədi bayramımız olan Novruzda qəlbi sinqın Şəhid ailələrini ziyarət etmək hər bir kəsin mənəvi borcu olduğundan MİHİ-nin Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov,MKS-nin direktoru Fəridə Xudiyeva və əməkdaşları Qazax şəhər N.Nərimanov qəsəbəsi sakini, qürur və iftixar yerimiz olan Şəhid Nəbiyev Fərid Kamran oğlunun qısa və şərəfli ömür yolundan, döyüş xarüqələrəindən söhbət açıblar.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Fərid kimi oğullarla hamının fəxr etdiyinisöyləyib onun valideyinlərinə dərin hüznla baş sağlığı veriblər.