Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

El bilir ki, sən mənimsən

19.03.2024

19 mart 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin əməkdaşları 21 mart 1906-cı ildə anadan olmuş xalq şairi Səməd Vurğunun anadan olması münasibətilə Səməd Vurğunun Poeziya evini ziyarət ediblər və M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində "El bilir ki, sən mənimsən" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Avey Dövlət Qoruğunun əməkdaşları da iştirak ediblər. 

Muzeyin direktoru Məhruzə Hüeynova şairin keçdiyi həyat yolundan ətraflı danışıb və onu da qeyd edib ki, 

Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda, böyük alim, əvəzsiz təbliğatçı və nəzəriyyəçi idi. O, 1945-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdi. Müharibədən sonrakı dövrdə bir-birinin ardınca "İnsan" fəlsəfi dramını, "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını, yüzlərlə şeirini qələmə almışdı.

Sonra Avey Dövlət Qoruğunun əməkdaşı Növrəstə Binnətova və muzeyin əməkdaşları şairin şeirlərindən söyləyiblər.