Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər təntənəli Novruz

19.03.2024

19 mart 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində " Zəfər təntənəli Novruz" adlı tədbir keçirilib. Tədbirdə Kosalar kənd orta məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə Muzeyin direktoru Məhruzə Hüseynova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. Sonra uşaqlar yumurta döyüşdürüb, papaq atıb, Novruz adət-ənənələrini nümayiş etdiriblər.

Tədbirin sonunda uşaqlara Novruz xonçasından novruz şirniyyatı verilib.