Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə təntənəli Novruz şənliyi keçirildi

20.03.2024

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Şəmkir rayonunda ümumrayon şənliyi keçirilib.

 

Bayram tədbirində meydan bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb.

 

Tədbirdə iştirak edən qonaqlar əvvəlcə Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi ilə tanış olublar.

Novruz şənliyində rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin təqdimatında geniş konsert verilib, Kosa və Keçəl tədbir iştirakçılarında xoş ovqat yaradıb