01.03.2024
1 Mart 2024-cü il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "1 Mart Beynəlxalq Mülki Müdafiə Günü" ilə bağlı tədbir təşkil edilmişdir.İlk öncə Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon üzrə Yanğından Mühafizə idarəsinin əməkdaşları geniş çıxış edərək insanları maarifləndirməyə və daima diqqətli olmağa çağırdılar.