23.02.2024
23 fevral 2024-cü il tarixində Ağstafa rayon Hüseyn Arif ev muzeyində Ağstafa rayon Hüseyn Arif ev muzeyi və Ağstafa rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 26 Fevral Xocalı Soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq "Xocalı Soyqırımı-insanlıq əleyhinə ən böyük cinayət"başlıqlı tədbir keçirildi.Tədbirdə muzey əməkdaşları tərəfindən Xocalı faciəsinə həsr edilmiş mövzular ətrafında məruzələr oxundu. Tədbir iştirakçılarına illər ötsə də,əsrlər bir-birini əvəz etsə də Xocalı Soyqırımının xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi,Xocalı sakinlərinin qanlarının son damlasınadək doğma yurd-yuvalarını qoruyaraq göstərdikləri qəhrəmanlıqlar haqqında geniş şəkildə məlumat verildi.