23.02.2024
23 fevral 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət “Xocalı faciəsi uşaqların gözü ilə” başlıqlı rəsm sərgisi keçirilib. Sərgidə Ağstafa şəhər 1 saylı tam orta məktəb şagirdləri iştirak ediblər. Sərginin həmçinin televiziya kanallarının efirində işıqlandırılması üçün çəkiliş olub. Qalereyanın əməkdaşı Vüsalə Musayeva şagirləri sərgi ilə tanış edib,şagirdlər müsahibə verərək sərgi haqqında təəssüratlarını bölüşüblər. Qalereyanın direktoru Gülgün Kərimov müsahibəsində bildirib ki, əsrin dəhşətli faciəsi heç vaxt unudulmayacaq və biz bu gün artıq bu faciə ilə bərabər qələbəmizi, zəfərimizi də qeyd edirik, artıq Xocalı bizimdir və bu günkü sərgidə gənc rəssamların Xocalı faciəsi ilə bağlı əl işləriylə yanaşı zəfər mövzusunda əl işləri də nümayis olunub.