23.02.2024
23 fevral 2024-cü il tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 26 fevral , Xocalı faciəsinin 32-ci il dönümü ilə əlaqədər olaraq "Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbələri iştirak ediblər.
Muzeyin direktoru Məhruzə Hüseynova öz çıxışında qeyd edib ki, Xocalı faciəsi təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin də ən dəhşətli faciələrindən biridir. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən Məhruzə Hüseynova Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb.
Sonra muzeyin əməkdaşı Ülviyyə Məşədiyeva və Univerisitetin tələbələri Xocalı haqqında öz fikirlərini bildiriblər.