21.02.2024
Fevralın 20-də 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Tovuz rayon Mərkəzi kitabxanası N.Tusi adına tam orta məktəbdə "Ana dilimiz müstəqil Azərbaycan xalqının ən böyük sərvətidir" mövzusunda informasiya saatı təşkil edib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqımız 1995-ci ildə noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasını gerçəkləşdirdi. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması Ulu Öndər Heydər Əliyevin dilimizin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdəndir. Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004 -cü il 12 yanvar tarixli sərəncamı dilimizə göstərilən böyük qayğının təzahürüdür.