15.02.2024
15 fevral 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 18 fevral 1931-ci ildə anadan olmuş Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 93-cü il dönümü münasibəti ilə "Durnalar vurulur qaqqıldaşanda " başlığı altında dəyirmi masa keçirilib.
Muzeyin direktoru Məhruzə Hüseynova
şairin keçdiyi həyat yolundan ətraflı söbbət açıb və onu da qeyd edib ki, Nəriman Həsənzadə
17 Fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Sonra muzeyin əməkdaşı Şamama Qocayeva şairin "Durnalar vurulur qaqıldaşanda" şeirini söyləyib.