Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı soyqırımını unutmayaq

23.02.2024

Fevrlın 23-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Xocalı soyqırımını unutmayaq" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə "Xocalı soyqırımı" qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Anım tədbirində Qazax Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin kordinatoru Lalə Quliyeva, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllüsü Elçin Abdullayev çıxış edərək bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rusların 366- cı motoatıcı diviziyasının köməyi ilə terrorçu erməni ordusu Xocalı şəhərini işğal edərək Azərbaycanlılara qarşı misli görünməmiş soyqırım törədiblər. Qeyd ediblər ki, ermənilər törətdikləri bu soyqırımı ilə dünyada ən qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq ediblər. Qeyd olunub ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmadı, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qüdrətli Azərbaycan ordusunun şücaəti sayəsində işğal altında olan torpaqlarımız mənfur düşmənin işğalından azad olundu, Azərbaycan respublikası öz ərazi bütövlüyünü bərpa etdi. Çıxış edən natiqlər erməni faşistlərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən danışaraq "Xocalı soyqırımı"nın əsrin faciəsi olduğunu və düşmənimizi yaxından tanımağa, heç vaxt unutmamağa çağırış ediblər. Dəyirmi masada "Xocalı soyqrımını" əks etdirən videoçarx nümayiş etdirilib.