26.02.2024
26 fevral 2024-cü il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gədəbəy rayon mədəniyyət müəssisələrinin iştirakı ilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən istehsal olunmuş, ideya müəllifi Nürəddin Mehdiyevə məxsus olan “Xocalı–bir millətin kədəri” adlı sənədli film izlənilib.