26.02.2024
26 fevral 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Qazax rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş, faciənin ağrı -acılarını özündə əks etdirən "Xocalı: Bir millətin kədəri!" adlı sənədli film nümayiş olunub.
Film öncəsi soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu faciədən 32 il keçməsinə baxmayaraq həmin acını bi gün də eyni hüznlə yaşayırıq.