14.02.2024
14 fevral 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Kitab işıq saçar bir günəş kimi” adlı tədbir keçirib. “Könüllü kitabsevərlər”lə təşkil olunan görüş zamanı ən dəyərli bilik mənbəyi kimi hər bir sirrin açarı olan kitabın insan həyatında mühüm rolu, dünyagörüşünün formalaşmasında əvəzsiz yeri olduğu qeyd edilib. Təqvimdə ən gənc bayram olan Beynəlxalq Kitab Bağışlama Gününün yaranma tarixindən bəhs edilərək bu günün 6 yaşlı kitabsevər amerikalı kiçik qızın ailəsi və dostları arasında “təsis etdiyi” bayram olduğu bildirilib. ..
Kitab mütaliəsinə mühüm önəm verən gənc vətənpərvər kitabsevərlər kitabxanaya qəhrəman Vətən Şəhidlərinə, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə təbiətə həsr olunmuş kitablar bağışlayıb, xatirə şəkili çəkdiriblər.